Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir”adlı anım günü  keçirilmişdir

18.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18.01.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Əliş qızı Nağıyeva və həmin məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə  II-ci Qarabağ müharibəsi şəhidi Yusibov  Orxan Allahverdi oğlunun anadan olmasının 30 ili münasibətilə  “Şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir”adlı anım günü  keçirdi.

Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açıq elan etdi  Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra   Elza Əliyeva  şəhid   Yusubov Orxan Allahverdi oğlunun qısa  şərəfli həyat və döyüş yolundan məlumat  verdi. Orxan Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb  və itkin düşmüşdü, subay idi. Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Əliş qızı Nağıyeva  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində 50 hərbçimizin  itkin düşməsindən və əsgər Yusubov Orxan Allahverdi oğlununda bu siyahıda olduğunu  bildirdi. O,  30 yaşı tamam olan Yusubov Orxan Allahverdi oğlunun  nəşinin tapılması haqda 2020-ci ilin iyunun 3-də məlumat yayıldığını və Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubovun  Gəncə şəhər “Şəhidlər Xiyabanın”da dəfn olunmasından da danışdı. Tədbirdə VIII sinif şagirdlərindən Tonya Əsgərova, Aynur Quliyeva, Aytac Cəfərova, Nərmin Vəliyeva, Aygül Alnağıyeva   şəhidlər haqqında şeirlər söylədilər.    

 

114.8 KB